\"Eurovision-2012\" yarışmasına hazırlaşan sürücü və polislərə ingilis dili öyrədilir

\"Eurovision-2012\" yarışmasına hazırlaşan sürücü və polislərə ingilis dili öyrədilir
"Eurovision-2012" Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanda rəsmi qurumlar ciddi hazırlıqları davam etdirilir. Bunlardan biri də iştirakçılarla ünsiyyəti qurmaq üçün xidməti şəxslərə ingilis dilinin öyrədilməsidir. "Artıq sürüclərə və polislərə "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar təlimlər keçirilir". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazirin sözlərinə görə, mahnı müsabiqəsində gələcək qonaqları yüksək səviyyədə qarşılamaq, onlara lazımı xidmət göstərmək üçün belə addımlar atılır. Nazir Azərbaycana \"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı \"Shuttule Buss" tipli xüsusi avtobusların da gətirildiyini qeyd edib. Elə ingilis dili təlimlərinə cəlb edilən sürücülər də bu avtobusları idarə edəcəklər. Bununla yanaşı hazırda paytaxta fəaliyyət göstərən yol polislərinə də ingilis dili dərsləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə