Nazir: “Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə 2 milyard avro ayırması barədə məlumatlar doğru deyil”

Nazir: “Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə 2 milyard avro ayırması barədə məlumatlar doğru deyil”
"Bakıda keçiriləcək "Eurovision-2012" yarışması üçün Azərbaycanın 2 milyard avro ayırması barədə yayılan məlumatlar tamamilə yanlışdır". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərlə görüşdə gənclər və idman naziri Azad Rəhimov deyib: "Bu, düzgün məlumat deyil. Yadınıza salım ki, Azərbaycan bu il müsabiqədə qalib gələn kimi ölkəmiz əleyhinə təbliğata başlandı, müxtəlif saytlarda Azərbaycan haqda xoşagəlməyən məlumatlar yayıldı. Bunların heç biri həqiqətə uyğun deyil, bizi sevməyənlərin əməlləridir. Deyilənlərin hansının doğru olduğunu dəqiqləşdirmək medianın öhdəsinə düşür". Nazir onu da bildirib ki, "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi Azərbaycan üçün bir növ piyardır. "Gün gələcək, bizim itirdiyimiz bu vaxta heyfimiz gələcək. Müsabiqədən sonra reklam üçün milyardlar xərcləsək belə, istədiyimiz nəticəni ala bilmərik. İndi isə bu işi pulsuz görə bilərik. Hazırda bütün Avropa Azərbaycanla maraqlanır. Azərbaycan üçün çox yaxşı fürsət yaranıb. Amma reklamımız zəifdir".

Bütün xəbərlər Facebook səhifəmizdə