Bakıda Qəbələ RLS-in icarəsinə dair Azərbaycan-Rusiya danışıqları başlayıb
Bu gün Bakıda Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı məsələnin nizamlanması üzrə Rusiya və Azərbaycan arasında yekun danışıqlara başlanılır. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə əsasən, Rusiya tərəfindən nümayəndə heyətinə bu ölkənin müdafiə nazirinin müavini Anatoli Antonov rəhbərlik edir. Danışıqlar dekabrın 15-də başa çatacaq.
Qeyd edək ki, Qəbələ RLS-in icarəsi və istismar şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də bitir. Qəbələ RLS sovet dövründə SSRİ-nin raket hücumu əleyhinə ən mühüm elementlərindən biri kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya stansiyadan istifadəni davam etdirib. Rusiya tərəfindən RLS-in icarəsinə dair onillik saziş 2002-ci ildə imzalanıb. Mayda RF kosmik qoşunları bəyan ediblər ki, Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsi olan Qəbələ RLS Avropa RƏM sisteminə inteqrasiyasının bir halqası ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB