Cəmil Çiçək: “İşğal edilən torpaqların Azərbaycana qaytarılması bizim ilkin hədəflərimizdəndir\"

Cəmil Çiçək: “İşğal edilən torpaqların Azərbaycana qaytarılması bizim ilkin hədəflərimizdəndir\"

"İşğal edilən torpaqların Azərbaycana qaytarılması və qaçqınların öz yurdlarına qayıtması bizim ilkin hədəflərimizdəndir". SİA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək Azərbaycan xalqının ümummilli lideri, mərhum prezidenti Heydər Əliyevin vəfatının ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında deyib. Bu gün Azərbaycanın ən böyük probleminin Erməninstanın işğal altında saxladığı torpaqlar olduğunu deyən Çiçək bu torpaqlarda təbii sərvətləri məhv edən ermənilərin başqa bir insanlıq cinayəti işlədiyini qeyd edib.

Cəmil Çiçək işğal edilən torpaqlardan didərgin düşmüş 1 milyondan çox azərbaycanlının çətin şərtlər altında yaşamağa çalışdığını və onların evlərinə qayıdacaqları günü gözlədiklərini deyib. Onun sözlərinə görə, işğal altında olan torpaqların Azərbaycanın bir hissəsi halına gəlməsi və qaçqınların yerlərinə qayıtması bizim ilkin hədəflərimizdəndir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Türkiyənin hər cür dəstəyə hazır olduğunu deyən TBMM spikeri bildirib ki, Dağlıq Qarabağda Azərbaycanın hüquqlarının müdafiəsi bizim xarici siyasətdəki prioritetlərimizdəndir. Belə ki, Dağlıq Qarabağda baş verənlər Cənubi Qafqazda sülhü və sabitliyi təhdid edən ən böyük problemdir: "Bu mövzuyla əlaqədar bütün dövlətləri və beynəlxalq qurumları ermənilərin haqsız işğalını bitirməyə çağırırıq. Türkiyə - Ermənistan münasibətlərinin normal hala gətirilməsinin ən əsas şərti Azərbaycana aid torpaqlarda işğalın bitirilməsidir".

Cəmil Çiçək yaxın tarixdə Xocalıda baş verən soyqırımını görməyən dünya ictimaiyyətinin 100 il əvvəldən \"qondarma soyqırımı\" axtarışında olmasının çox mənasız olduğunu deyib. "Ermənistanın təkrarladığı "soyqırımı" iddiaları var. Bu iddialarını siyasi kampaniya halına gətiriblər və bu günlərdə bəzi ölkələrin parlamentləri bu istiqamətdə qərar qəbul edib və etmək üzrədir. Bu qərarları qəbul edən parlamentlərin 100 il əvvələ uzanan iddialarla Türkiyəni itham etməsi çox mənasızdır. Halbuki 1992-ci ildə Xocalıda bütün dünyanın gözlərinin qarşısında ən böyük soyqırımı baş verib".

Xocalı qətliamında indiki Ermənistan prezidenti Sej Sarkisyanın da iştirak etdiyini vurğulayan Cəmil Çiçək ermənilərin işğal altında olan Azərbaycan torpaqlarını boşaltmalarını və zərərçəkmiş insanlardan üzr istəmələrini vacib sayır.

Bütün xəbərlər Facebook səhifəmizdə