Bu gün Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb. SİA-nın xəbərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov başda olmaqla dövlət və hökumət nümayəndələri, müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri Heydər Əliyevin Xırdalan şəhərində olan abidəsini ziyarət edərək, büstü önünə gül dəstələri qoyublar.
Daha sonra qonaqlar dahi siyasətçinin Xırdalan şəhərində olan Muzeyini ziyarət edərək, onun həyat və yaradıcılığını əks etdirən fotostendlərə baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB