Bişkekdə “Prezident İlham Əliyev” kitabının üçüncü cildi rus dilində nəşr edilib

Bişkekdə “Prezident İlham Əliyev” kitabının üçüncü cildi rus dilində nəşr edilib

Qırğızıstanda Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu və Bakıdakı "Femina" şirkətinin sifarişi ilə Bişkekdəki "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" kitabının üçüncü cildi rus dilində nəşr edilib.SİA-nın xəbərinə görə, nəşrdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, dövlətimizin başçısının xarici ölkələrə və regionlara səfərləri, görüşləri və müxtəlif tədbirlərdəki çıxışları yer alıb.

Kitabda həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin və incəsənətimizin təbliği sahəsində gördüyü işlər də əksini tapıb. Qeyd edək ki, yüksək tərtibatda dərc edilmiş 760 səhifəlik kitabın Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılması nəzərdə tutulub.

Xatırladaq ki, "Prezident İlham Əliyev" kitabının birinci və ikinci cildləri müvafiq olaraq yanvar və sentyabr aylarında Bişkekdə rus dilində çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə