Avropalı deputatlar Ağdama səfər ediblər

Avropalı deputatlar Ağdama səfər ediblər

Avropa parlamentinin üzvləri, fransalı deputatlar Dominik Riket, Filip Bullan, Belçika parlamentinin üzvü Alan Desteks Ağdam rayonuna səfər ediblər. SİA-nın Qarabağ bürosunun müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində qonaqlar rayon icra hakimiyyətində olublar. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Zülfi Qasımov bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində Ağdam rayonunun 77 faizi işğal altına salınıb. Onun sözlərinə görə, rayonun işğal olunmayan 23 faiz torpaqlarında isə dövlət proqramı çərçivəsində yeni qəsəbələr salınıb və digər rayonlarda məskunlaşan məcburi köçkünlərin bir hissəsi həmin qəsəbədəki evlərlə təmin edilib.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə