Azərbaycanda yeni ili qarşılamaq istəyən turistləri qiymət artımı gözləmir- AÇIQLAMA

Azərbaycanda yeni ili qarşılamaq istəyən turistləri qiymət artımı gözləmir- AÇIQLAMA

"Yeni ilin gəlməsi ilə bağlı turistlərin sayında təbii ki, artım müşahidə olunacaq. Ancaq sırf turizmlə bağlı qiymətləri tənzimləyən hər hansı bir dövlət qurumu yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov bildirib.

Onun sözlərinə görə, bütün infrastruktur - istər turizm sahəsində, istərsə də mehmanxanalarda və digər sahələrdə qiymətləri bazar özü formalaşdırır: "Müvafiq bazara uyğun olaraq qiymətlər formalaşır. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəkildə təzyiqi mümkün deyil. Sadəcə olaraq tövsiyə xarakterli işlər aparılır. Düşünürəm ki, Azərbaycanda yeni ili qarşılamaq istəyən xarici turistləri hər hansı bir qiymət artımı gözləmir".

"Əsasən yay mövsümü zamanı Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Buna görə də qış mövsümündə hansısa artım olmayacaq",- deyə sektor müdiri əlavə edib.

V. Şıxəmmədov onu da qeyd edib ki, qış mövsümü zamanı gələn xarici turistlərə hər hansı güzəştlər, endirimlər və ya digər bu kimi məsələləri şirkətlər özləri müəyyən edir: "Bu kimi işlər nazirliyin səlahiyyətlərində deyil. Çünki bu özəl sahəyə aid olan bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə