Səbail rayon İcra Hakimiyyəti Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib-FOTOSESSİYA

Bu gün Səbail rayon İcra Hakimiyyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail rayonunun rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak edib.

İlk öncə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra H.Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolundan danışıb. O bildirib ki, Azərbyacanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır: "Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalşması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucalıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəyə və xalqa uğur gətirib. Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərin yolu xalqı yeni uğurlara, zəfərlərə aparır".

Tədbir xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Laləzar Mustafayeva, İlham Əsgərov və digər incəsənət xadimlərinin çıxışı ilə davam edib. Anım mərasimi ulu öndər Heydər Əliyevə həsr olunan kliplə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə