Elmar Məmmədyarov Brüsseldə NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüsseldə keçirilən Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə (ISAF) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Aparturayla görüşüb.
XİN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə NATO ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. C.Aparturay NATO-nun Azərbaycanın ISAF-ın işinə verdiyi tövhəni yüksək qiymətləndirdiyini vurğulayıb.
O, nazir Elmar Məmmədyarovun ISAF-a töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasındakı çıxışını da yüksək dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB