Rusiya birjaları çökdü

ABŞ və Avropanın Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tənqid etməsi bu ölkənin fond bazarlarında kəskin ucuzlaşmaya səbəb olub. "RBC"ya istinadən bildirilir ki, bu gün saat 17:25-də "MMVB" indeksi 3,83%, "RTS" indeksi 4,55% ucuzlaşıb. "RTS Standard" isə 3,95% aşağı düşüb.


Rusiya şirkətlərinin adi səhmləri də ucuzlaşıb. "Qazprom"un səhmləri 3,85%, "LUKoyl"un səhmləri 2,77% ucuzlaşıb.


"Rayffayzen Kapital"ın analitiki Mixail Kuzin bildirib ki, seçkilərin kəskin tənqidi sərmayəçilərin kefini pozub və Rusiyada siyasi riski artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə