Azərbaycanda səhiyyə işçilərinin maaşı artırılıb

Azərbaycanda səhiyyə işçilərinin maaşı artırılıb

Azərbaycan prezidenti səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə