Azərbaycan və Qazaxıstan arasında 2012-ci üçün hərbi sahədə əməkdaşlıq planı təsdiqlənib

Azərbaycan və Qazaxıstan arasında 2012-ci üçün hərbi sahədə əməkdaşlıq planı təsdiqlənib

Azərbaycan və Qazaxıstanın müdafiə nazirləri Səfər Əbiyev və Adilbek Caksıbekov Astanada görüşüblər. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi dekabrın 5-də məlumat yayıb.


Görüşdə Səfər Əbiyev bildirib ki, Qazaxıstan Azərbaycanın Xəzər dənizində vacib tərədaşıdır. A.Caksıbekov isə deyib ki, Qazaxıstan ordusu müasir silah və texnika nümunələrinin alınması və modernləşdirilməsi üzrə dünyanın bir çöx ölkələri ilə əlaqələr qurur, müdafiə sənayesi kompleksini fəal inkişaf etdirir.


"Müdafiə nazirləri regional təhlükəsizlik, hərbi-siyasi və hərbi-texniki sahələrdə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycan birgə müəssisələrin yaradılmasında müəyyən təcrübəyə malikdir ki, bu da Qazaxıstanın Müdafiə Nazirliyi üçün maraq kəsb edir. Tərəflər naviqasiya-hidroqrafiya təminatında ikitərəfli əməkdaşlıq, Xəzər dənizinin tədqiqi üçün gəmilərin birgə çıxışı ilə birgə əməkdaşlığı qeyd ediblər", - deyə məlumatda bildirilir.


Görüşün yekununda iki ölkənin müdafiə idarələri arasında 2012-ci il üçün əməkdaşlıq planı təsdiqlənib.


Azərbaycan müdafiə naziri Səfər Əbiyev daha sonra Qazaxıstan hərbçilərini qarşıdan gələn Qazaxıstan Respublikasının Müstəqilliyinin 20 illik yubileyi münasibətilə təbrik edib və görüşün iki ölkə arasında gələcəkdə hərbi və hərbi-texnik sahədə əməkdaşlıq və qarşılıqlı inamınnın güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə