Azərbaycanla Qazaxıstan arasında 2012-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla Qazaxıstan arasında 2012-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Qazaxıstan respublikasına işgüzar səfəri olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qazaxıstan Müdafiə Nazirliyində Səfər Əbiyevin təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra Səfər Əbiyev və Qazaxıstanın müdafiə naziri Adilbek Caksibekov arasında əvvəl təkbətək, sonra geniş tərkibli görüş olub. Görüşdə Qazaxıstanla Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər Azərbaycanla Qazaxıstan arasında 2012-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə