Əli Həsənov: \"İsrailin Azərbaycan ərazisində heç bir hərbi və ya təhlükəsizlik strukturu fəaliyyət göstərmir\"

Əli Həsənov: \"İsrailin Azərbaycan ərazisində heç bir hərbi və ya təhlükəsizlik strukturu fəaliyyət göstərmir\"

"Azərbaycanda hicabla bağlı yayılan məlumatlar əsassızdır. Təəssüflər olsun ki, İranın bəzi KİV-ində Azərbaycanda hicabın qadağan olunması haqda informasiyalar yer alır, hicaba qarşı bir yürüş var, dövlət İslamı sıxışdırır və s. Bunların heç bir əsası yoxdur\". SİA-nın İranın MEHR agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qonşu ölkəyə səfəri zamanı \"Səhər\" telekanalına müsahibəsində deyib.

PA-nın şöbə müdiri hicab məsələsi ətrafında yaranan gərginlik barədə söz açaraq vurğulayıb: "Azərbaycanda istənilən insan dünyəvi formada da, digər formada da gəzə bilər. Lakin Azərbaycan dünyəvi dövlət olduğu üçün dövlətin müəyyən təhsil siyasəti var, məktəblinin məktəb forması var...".

Ə.Həsənov həmçinin Azərbaycan-İsrail münasibətlərinə də toxunub: \"Azərbaycan, ümumiyyətlə, tərəfsiz siyasət yürüdür. İsrailin Azərbaycan ərazisində heç bir hərbi və ya təhlükəsizlik strukturu fəaliyyət göstərmir. Heç bir dövlət də Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilməz\".

Əli Həsənov iki dövlət arasında media əməkdaşlığı, bu sahədə balansın qorunmasını zəruriliyini vurğulayıb. O bildirib ki, İranda anti-Azərbaycan təbliğatı aparılmamalıdır. Təbii ki, Azərbaycanda da anti-İran təbliğatına imkan verilməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə