Azərbaycan və İran informasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və İran informasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ötən gün İranın Dövlət televiziyasının rəhbəri İzzətullah Zərğami ilə görüşüb.


SİA məlumatı İran televiziyasının rəsmi xəbər saytına istinadən verib. Görüşdə Azərbaycan və İran arasında mətbuat sahəsində əməkdaşlıq prespektivliyi, mətbuat sahəsində əməkdaşlıqların artırılması, xəbər mübadiləsi, hər iki ölkənin KİV-lərinin digər ölkədə fəaliyyəti üçün şəraitin yaradılması, film və serialların istehsalı və həmçinin sərhəd boyu televiziya və radioların tezliklərinin digər ölkənin ərazisinə keçməsinin qarşısının alınması kimi məsələlər müzakirə olunub.


Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri dekabrın 2-də başlayıb. Səfər dekabrın 5-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə