1 dekabr 2011-ci il tarixi Qazaxıstanın keçmiş paytaxtı Almatı şəhəri üçün unudulmaz olacaq. SİA-nın verdiyi məlumata görə, Orta Asiya respublikaları arasında Daşkənddən sonra Almatıda ilk dəfə metro xətti işə salınıb. Qeyd edək ki, Özbəkistanın paytaxtında metro Sovet hakimiyyəti illərində inşa edilib. Düzdür, Almatı metrosunun da əsası 1988-ci ildə qoyulub. Lakin iki gün öncə istifadəyə verilə bilib.
Qazaxıstan hökumətindən verilən məlimata görə, 7 stansiyadan ibarət olan metropolitenin inşasına 1,1 milyard dollar sərf olunub.
Qeyd edək ki, Almatı metrosunun ilk sərnişini prezident Nursultan Nazarbayev olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB