Cəbhədə atəşkəs pozulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 20.20-dən 20.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 03.30-dan 03.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.40-dan 03.50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com