GUAM-a sədrlik Moldovadan Azərbaycana keçəcək. SİA-nın xəbərinə görə, bu barədə təşkilatın Kişinyov şəhərində Milli Koordinasiya Şurasının iclasında bildirilib. Dekabrın 6-7 tarixində təşkilat sədrliyi Azərbaycana ötürəcək.
İclas çərçivəsində iştirakçılar, o cümlədən Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya nazirinin müavini Andrey Popov, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkin, GUAM-ın baş katibi Valeri Çeçelaşvili təşkilata üzv ölkələrin siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Moldova tərəfi GUAM ölkələri və xarici tərəfdaşlarla energetika və nəqliyyat infrastrukturu, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsi, fövqəladə halların xəbərdar edilməsi, turizmin inkişafı, informasiya və nanotexnologiyanın tərəqqisi sahəsində əlaqələrin inkişafı haqda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB