İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

Dekabrın 15-də İraqın xarici işlər naziri Huşyar Zibari Azərbaycana səfər edəcək. İraqın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, səfər zamanı Azərbaycan-İraq münasibətləri müzakirə olunacaq.

Səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə reallaşır. Nazirlər iki ölkə arasındakı münasibətlərin perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, İraq XİN rəhbəri cari ilin aprelində Azərbaycana səfər etməyi planlaşdırsa da, texniki səbəblərdən səfər təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə