Bakı metrosunda gediş haqqı 20 qəpik oldu

Bakı metrosunda gediş haqqı 20 qəpik oldu

Bu gündən Bakı Metropolitenində gediş haqqı 20 qəpik olub. SİA-nın xəbərinə görə, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb. Tarif Şurasının məlumatında bildirilir ki, yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır: \"Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyevdə və Tbilisidə 20 qəpik və s. təşkil edir".

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında Bakı Metropolitenində gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə