YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOSESSİYA

YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib - FOTOSESSİYA

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında YAP İdarə heyətinin üzvü Vilayət Əliyevin gənclərlə görüşü keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, "Biz Heydər Əliyev elmi irsini öyrənirik" siyasi məktəbinin təşkili və fəaliyyətində əsas məqsəd bütün ömrünü Azərbaycan xalqının inkişafına həsr etmiş tarixi şəxsiyyətin elmi irsini yaşatmaq, təbliğ etmək, eləcə də böyüyən nəsillərin Heydər Əliyev nümunəsində siyasi və mənəvi tərbiyəsini formalaşdırmağa kömək etməkdir.

Qeyd olunub ki, mühazirəçilər Heydər Əliyev məktəbinin mükəmməl keçmiş, onunla birgə çalışmış Heydərsevərlər içərisindən seçilir, ictimai əsaslarla dərs aparır. Dərs ilinin sonunda müdavimlərə müsahibə keçirilir, onların bilik-bacarıqları beş bal sistemi ilə qiymətləndirilir. Nəticədə yüksək qiymət alanlar YAP rayon İdarə Heyətinin mənəvi mükafatına layiq görürlər. Burada eyni vaxtda 50-60 nəfərə qədər gəncin məktəbə cəlb olunmasına imkan verir. Bununla belə işin gedişi barədə məktəb rəhbəri ildə iki dəfə partiyanın İdarə Heyətinə məlumat verir.

Tədbir sonda gəncləri maraqlandıran sullarla davam etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə