Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq edib

Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq edib
Rəsmi Ankara Suriyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu barədə məlumatı prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyənin XİN başçısı Əhməd Davudoğlu verib.

Davudoğlu bildirib ki, Suriya hökuməti son şanslarını itirib və öz yolunun sonuna yaxınlaşır: "Suriyada öz xalqına dinc münasibət bəsləyən qanuni hökumət iqtidara gəlməyincə, kooperasiya mexanizmi ən yüksək səviyyədə dayandırılacaq".

Məlum olub ki, Suriyaya maliyyə kreditlərinin verilməsi üzrə əməliyyatlar da dayandırılır, Suriyanın Türkiyədəki bütün aktivləri dondurulur. Ankara Bəşər Əsəd rejiminə bütün növ silahların və hərbi təyinatlı malların çatdırılmasını da qadağan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə