Gəncə seçiciləri mütəşəkkillik nümayiş etdirirlər

Gəncə seçiciləri mütəşəkkillik nümayiş etdirirlər

Azərbaycanda bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə Gəncə seçiciləri də fəallıq nümayiş etdirirlər. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, səhər saat 8.00-dan fəaliyyətə başlayan seçki məntəqələrinə gələn yüzlərlə seçici heç bir təzyiq olmadan şəffaf şəkildə istədiyi namizədə səs verməyə başlayıb.

Müxtəlif siyasi partiyaların nümayəndələri, eləcə də öz təşəbbüsü ilə qeydiyyatdan keçən müşahidəçilər seçkinin mütəşəkkil keçdiyini, heç bir qanun pozuntusunun olmadığını söyləyirlər.

Gəncədə olan 37 saylı Nizami birinci, 38 saylı Nizami ikinci, 39 saylı Kəpəz birinci və 40 saylı Kəpəz ikinci seçki dairəsi dairə seçki komissiyalarından verilən məlumata görə, saat 12.00-dək qeydiyyatda olan 147 min 960 nəfər seçicidən 20 min 13 nəfər səsvermədə iştirak edib.
Qeyd edək ki, Gəncədə min nəfərdən artıq müşahidəçinin iştirakı ilə keçən seçkilərdə 2 yer uğrunda 12 namizəd mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə