Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər Nərimanov rayonunda da səhər saat 8.00-da başlayıb.
SİA-nın verdiyi məlumata görə, 19 saylı Nərimanov 1-ci seçki dairəsi dairə seçki komissiyasının sədri Etibar Abdullayev bildirib ki, dairə üzrə 31 məntəqə fəaliyyət göstərir. Saat 12.00-dək məntəqələrdə 3 min 901 seçici bələdiyyə üzvlüyünə namizəd 5 nəfərə səs veriblər.
Onların sırasında 1 nəfər YAP, 1 nəfər Böyük Quruluş, 1 nəfər Ümid partiyasından, 2 bitərəf vardır.
Məntəqələr bütün lazımi texnika və avadanlıqla təmin olunub. Seçicilərin fəallığı normaldır. Seçki məntəqələrində təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Seçki prosesində bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB