ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Azərbaycan prezidentinə təqdim olunub

ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Azərbaycan prezidentinə təqdim olunub
Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasye və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

SİA-nın verdiyi məlumata görə, yeni həmsədr J.For B.Fasye tərəfindən Azərbaycan prezidentinə təqdim olunub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə