22-ci Respublika Elmi Konfransı öz işinə başlayıb

Bu gün Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin 22-ci Respublika Elmi Konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə nazir Misir Mərdanov, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Slavyan Universitetinin rektoru Kamal Abdullayev və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, elmi konfransda 21 dövlət və 4 qeyri-dövlət ali təhsil müəssisindən 506 məruzə təqdim olunub. Nazirin sözlərinə görə, onların 454-ü konfransın proqramına daxil edilib: "Konfrans öz işini iki gün ərzində davam etdirəcək və bu günlər ərzində 17 bölmədə ölkənin aparacı alimləri rəhbərlik edəcəklər". Misir Mərdanov qeyd edib ki, tədbir hər il bir dəfə keçirilir və bu konfrans elmin müxtəlif sahələri ilə yanaşı daha bir özəlliyi var. Belə ki, bu il konfransa \"Müstəqillik əbədidir\" adlı bölmə daxil edilib: \"Bu il ölkə prezidentinin sərəncamı ilə Azərbaycan müstəqilliyinin 20 illiyi xüsusi şəkildə qeyd olunub. Biz də öz növbəmizə bu konfransı bu tərzdə keçirməklə bu 20 illiyə növbəti töhfə vermiş oluruq\". Həmçinin nazir qeyd edib ki, konfrans çərçivəsində "Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir" adlı müsabiqə də təşkil olunub.


Könül Kamilqızı


Bütün xəbərlər Facebook səhifəmizdə