Həmsədrlər Ermənistan prezidentinə yeni fransalı həmsədr Jak Foru təqdim ediblər
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popovu (Rusiya), eləcə də ATƏT-in fəaliyyətdə olan sədriinn şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib.
Ermənistanın dövlət başçısının saytına istinadən verdiyi məlumata görə, görüşün əvvəlində Bernar Fasye Serj Sarkisyana yeni fransalı həmsədr Jak Foru təqdim edib.
Vasitəçilər ATƏT nazirlərinin dekabrın 6-7-də Vilnüsdə keçiriləcək görüşü ərəfəsində Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı mərhələsinə dair məsələləri müzakirə ediblər.
Ermənistan prezidenti və həmsədrlər münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin vacibliyii vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB