Prezident İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul edib

Prezident İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul edib. SİA-nın xəbərinə görə, Azərbaycana səfərindən məmnunluğunu bildirən Hüseyn Diriöz ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib. Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın təşkil olunmasının əhəmiyyətli hadisə olduğunu qeyd edən Hüseyn Diriöz bu tədbiri Avratlantik məkanda ümumi təhlükəsizliyə töhfə kimi dəyərləndirib. O, NATO ilə Azərbaycan arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələlərin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev NATO ilə geniş əməkdaşlıq çərçivəsində Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın keçirilməsinin önəmini qeyd edib.


Bütün xəbərlər Facebook səhifəmizdə