Yaşar Nurinin həyat yoldaşı: \"Müayinədən ümidverici cavab almadıq\"

Yaşar Nurinin həyat yoldaşı: \"Müayinədən ümidverici cavab almadıq\"
Azərbaycanın xalq artisti Yaşar Nurinin vəziyyətində heç bir irəliləyiş yoxdur. Bunu SİA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Onun sözlərinə görə, hətta bir neçə gün əvvəl Yaşarın səhhətilə əlaqədar Türkiyənin İstanbul Memorial Xəstəxanasının həkimi Bakıya gəlib: \"Müayinədən ümidverici cavab almadıq. Türkiyəli həkim onun vəziyyətini ağır qiymətləndirdi. O, hələ də reanimasiyadadır\".


"Həkimi Bakıya dəvət etdik ki, gəlsin baxsın, yerində qiymət versin. Dedi ki, lazımdırsa, onu İstanbula aparaq. Həkim gəldi baxdı, məsləhətləşmələr aparıldı və bildirdilər ki, bu durumda onu heç yerindən tərpətmək belə olmaz. Onun səhhətinin çox ağır və kritik olduğunu bildirdilər. İndi müalicə üsulunu dəyişdirəcəklər. Amma bu ona nə verəcək?", - deyə Rəhimə Nuriyeva bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə