\"Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə\" mövzusunda seminar keçirilir
Bakıda NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar keçirilir. SİA-nın məlumatına görə, iki günlük seminarda Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın sərhəd qurumlarının nümayəndələri, NATO, BMT, Avropa İttifaqı, ATƏT-in, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edir.
Tədbirdə səmərəli sərhəd nəzarəti sisteminin yaradılması, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər barəsində təqdimatlar keçiriləcək, transsərhəd cinayətkarlığa qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar iştirakçılar arasında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Seminarın açılışında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliev, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlaşdırması üzrə müavini Hüseyn Diriöz çıxışlarında adıçəkilən istiqamətdə mövcud əməkdaşlığın inkişafından danışıblar.
Həmçinin, tədbir çərçivəsində seminar iştirakçılarının DSX Akademiyasında xidmətin, təlim-tədris prosesinin təşkili və sosial-məişət şəraiti ilə tanış olacaqlar.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB