Banklarda qalan əmanətlər qaytarılacaqmı?

Banklarda qalan əmanətlər qaytarılacaqmı?

"Büdcə layihəsinin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulsa da, bu baş vermədi. Büdcə layihəsi siyasi-ideoloji sənəddir, pessimist olduğu qədər reallığı da əks etdirmir". Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Fazil Mustafa səsləndirib. O bildirib ki, büdcədə nəzərdə tutulur ki, neft sektorunun payı azaldılsın, qeyri-neft sektorunun payı artırılsın. Qeyri-neft sektorunun isə inkişaf etdirilməsində ciddi problemlər var.

Əmanətlərin qaytarılması məsələsinə də toxunan millət vəkili bildirib ki, hökumət bu məsələyə münasibət bildirmədi: "Mən əhalinin sovet dönəmindən banklarda qalan əmanətlərinin qaytarılmasına inanmıram, ümumilikdə isə sənədin əleyhinə səs verəcəyəm".

Milli Məclisin spikeri Oqtay Əsədov isə millət vəkilinin sözlərinə cavab olaraq diqqətə çatdırıb ki, bu istiqamətdə hökumət və Milli Məclis işləyir və öz həllini tapacaq. Təkrar bu mövzunu gündəmə gətirməyə ehtiyac yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə