Tahir Məmmədli: \"Azərbaycanda hər an ən güclü zəlzələ baş verə bilər\"

Tahir Məmmədli: \"Azərbaycanda hər an ən güclü zəlzələ baş verə bilər\"
"Tədqiqatlar göstərir ki, Azərbaycanda daha güclü zəlzələnin olması ehtimalı var". Bunu SİA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli bildirdi. Mütəxəssisin sözlərinə görə, hesablamalar göstərir ki, Azərbaycan ərazisində aktiv zəlzələ ocaqlarının yetərincə olması Şamaxı və Qəbələdə rixter şkalası ilə 7,5 bal gücündə zəlzələlərin baş verməsinə səbəb ola bilər. Bu isə 10 bal deməkdir. hazırda respulikada olan zəlzələ ocaqlarında stabillik müşahidə edilir. Tək-tək zəlzələlər qeydə alınır ki, bu da ölkə ərazisində gedən geodinamik proseslərin tərkib hissəsidir. Regionda baş verən zəlzələlərin Azərbaycan üçün hələ ki, heç bir təhlükəsi yoxdur. "Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz. Çünki oradakı zəlzələ ocaqları bizim ölkəmizdə yerləşən ocaqlardan çox uzaqdır. Araşdırmalarımız göstərir ki, bir aktiv ocaq digərinə təsir edə bilməz. Əgər yaxınlıq məsafəsi 10-20 km olmazsa, o zaman təsir edə bilməz. Bir zaman Bakıda zəlzələ olanda onun ocağının 20 km-də olan ocaqlarda aktivləşmə müşahidə edilmişdi. Amma Türkiyə zəlzələsinin bizim ölkəmizə təsiri yoxdu". Qeyd edək ki, Azərbaycanda bu günə kimi Rixter şkalası üzrə 6,9 və 6, 2 bal gücündə zəlzələlər baş verib ki bu da 9- 10 balla hesablanır. Bu isə 1139-cu ildə Gəncədə, 1902 –ci ildə isə Şamaxı yerlə yeksan edib. Yaxın keçmişə nəzər salanda isə ən güclü zəlzələ 1986-89 cu illərdə Bakıda Xəzər dənizinə 120 kmdə yaxınlıqda Azəri–Çıraq ərazisində 6,2 bal gücündə baş verib. "Abşeronun şimalında 7 bal gücündə olub ki, bu da 10 bal deməkdir. Cənubda isə hazırda ən güclü zəlzələ ocağı var ki, bu da 8 bal gücündə qiymətləndirilir. Hər an aktivləşmə ehtimalı böyükdür. Bütün bunlara görə də Bakı-Abşeron ərazisi seysmik ərazi hesab olunur",- deyə Tahir Məmmədli deyir. Mütəxəssisdən onu da öyrəndik ki, seysmoloqların araşdırmalarına görə, iki tip seysmik dalğalar mövcuddur. Bunlar həm eninə, həm uzununa olan seysmik dalğalardır. Ən dağıdıcı zəlzələlər isə eninə olan seysmik dalğalar hesab olunur. 2000-ci ildə Bakını titrədən zəlzələdə məhz eninə olan seysmik dalğa olub. Qeyd edək ki, yeni texnologiyaların köməkliyi ilə ölkəmizdə gün ərzində 4- 5 zəif gücə malik zəlzələlər qeydə alınır. Bu tip zəlzələlərin gücü 4 baldan yuxarı deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə