Qeydiyyatdan keçmiş dini icmaların yeni siyahısı açıqlandı

Qeydiyyatdan keçmiş dini icmaların yeni siyahısı açıqlandı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ilk dəfə və yenidən qeydiyyatdan keçmiş daha 27 dini icmanın adı açıqlanıb.Sianın verdiyi məlumata görə, 2009-cu il sentyabrın 1-dən indiyədək DQİDK-də qeydiyyatdan keçmiş icmaların sayı 570-ə çatıb. Qeydiyyatdan keçmiş icmalar bunlardır: - Göyçay rayonu Alpout kəndi "Hacı Cəlil" məscidi dini icması - Oğuz şəhəri Alban-Udi Xristian dini icması - Saatlı rayonu Mustafabəyli kəndi "İmam Əli" məscidi dini icması - Biləsuvar rayonu Xırmandalı kəndi "Əli Əkbər" məscidi dini icması - Quba rayonu Alpan kənd məscidi dini icması - Lənkəran rayonu Vilvan kənd məscidi dini icması - Şəki rayonu Qudula kənd məscidi dini icması - Xaçmaz rayonu Tel kənd məscidi dini icması - Biləsuvar rayonu Xırmandalı kəndi "İmam-Zaman" məscidi dini icması - Xaçmaz rayonu Qırağlı kənd məscidi dini icması - Lənkəran rayonu Osakücə kənd məscidi dini icması - Yardımlı rayonu Yardımlı şəhər məscidi dini icması - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza" məscidi dini icması - Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbə məscidi dini icması - Ağsu rayonu Bozavand kənd məscidi dini icması - İmişli rayonu Aranlı kənd məscidi dini icması - Masallı rayonu Ərkivan qəsəbəsi "Göllü" məscidi dini icması - Astara rayonu Suparibağ kənd məscidi dini icması - Quba rayonu Üçgün kənd məscidi dini icması - Abşeron rayonu Saray qəsəbəsi "Cümə" məscidi (1) dini icması - Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması - Xaçmaz rayonu Xudat şəhəri "İmam Hüseyn" məscidi dini icması - Qobustan şəhəri "Heydər" məscidi dini icması - Yardımlı rayonu Yardımlı şəhəri Əsədabad məhəllə məscidi dini icması - Ağsu rayonu Ağarx kənd məscidi dini icması - Qax rayonu Marsan kəndi "Cümə" məscidi dini icması - Qazax rayonu Daşsalahlı kənd məscidi dini icması

Bütün xəbərlər Facebook səhifəmizdə