Prezident İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri Yoiçi Kobayaşini qəbul edib

Prezident İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri Yoiçi Kobayaşini qəbul edib

zərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul edib. SİA-nın xəbərinə görə, Yoiçi Kobayaşi ölkəmizə bundan əvvəlki səfərini xatırlayaraq ötən dövr ərzində paytaxtda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğulayıb. Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti yüksək qiymətləndirilib, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindəki fəaliyyətinin önəmi qeyd edilib, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə