Azərbaycan prezidenti ABŞ Hərbi Dəniz Qüvvələrinin katibini qəbul edib

Azərbaycan prezidenti ABŞ Hərbi Dəniz Qüvvələrinin katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Meybası (Ray Mabus) qəbul edib.


Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrin hərbi sahədə uzun illərdir, uğurla əməkdaşlıq etdiyi vurğulanıb, bu sahədə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.


Öz növbəsində, R.Meybas Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakını və beynəlxalq sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı nəqliyyat təminatında ölkəmizin rolunu yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji, nəqliyyat təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə