Azərbaycanın müdafiə naziri ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibi ilə müzakirələr aparıb

Azərbaycanın müdafiə naziri ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibi ilə müzakirələr aparıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin noyabrın 21-də ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibi Rey Meybasla (Ray Mabus) görüşü olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səfər Əbiyev ABŞ-Azərbaycan hərbi dəniz qüvvələri arasında əlaqələrin mövcud durumundan danışıb. Öz növbəsində, R.Meybas səfərinin ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin tərkib hissəsi kimi qiymətləndirməyin vacibliyini vurğulayıb.


Görüş zamanı regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə