MSK səsvermə bülletenləri və yekun protokollarının paylanmasına başlayıb

MSK səsvermə bülletenləri və yekun protokollarının paylanmasına başlayıb

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası oktyabrın 21-dən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb.

SİA-nın verdiyi məlumata görə, Komissiya oktyabrın 14-də keçirilmiş iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilmiş iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul edib. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib.

Xatırladaq ki, noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə