TBMM xarici əlaqələr komitəsinin sədri Azərbaycana səfərə gələcək

TBMM xarici əlaqələr komitəsinin sədri Azərbaycana səfərə gələcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır noyabrın 20-də Azərbaycana səfərə gələcək. SİA-nın xəbərinə görə, səfərin məqsədi iki dost və qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmaqdır. TBMM-in komitə sədri Milli Məclisdə bir sıra görüşlər keçirəcək, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə