Aİ-nin nəqliyyat məsələləri üzrə vitse-prezidenti Azərbaycana səfər edəcək

Aİ-nin nəqliyyat məsələləri üzrə vitse-prezidenti Azərbaycana səfər edəcək

Avropa Komissiyasının nəqliyyat məsələləri üzrə vitse-prezidenti Siim Kallas noyabrın 19-22-də Azərbaycanda səfərdə olacaq. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vahid aviasiya məkanının yaradılması ilə bağlı danışıqlara start veriləcək.

S.Kallas Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, nəqliyyat naziri Ziya Məmmədov, sənaye və energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə