Gələn ildən jurnalistlərə “Ekoloji stabillik və iqlim dəyişiklikləri” mövzusunda təlim proqramı keçiriləcək

Gələn ildən jurnalistlərə “Ekoloji stabillik və iqlim dəyişiklikləri” mövzusunda təlim proqramı keçiriləcək

Gələn ildən ali məktəblərin jurnalistika fakültələrində təhsil alanlar üçün müasir mətbuatda "Ekoloji stabillik və iqlim dəyişiklikləri" mövzusunda təlim proqramı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Şura sədri bildirib ki, ətraf mühitin çiklənməsi və pozulması bir sıra ekoloji və sosial problemlərin yaranmasına səbəb olur: "Əhalini bu aktual problemlər haqqında məlumatlandırmaqda mətbuatın rolu çox böyükdür və həlledici hesab oluna bilər. Bu məqsədlə mətbuat şurası YUNESKO-nun "İnsan və Biosfer" Azərbaycan Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən jurnalistlər üçün "İqlim dəyişmələri və ekoloji stabilik" adlı yardımçı vəsait hazırlayıb və bu növbəti ildən tələbələrə tədris oluncaq. Kursun mənimsənilməsi üçün bir smestir ərzində 32 saat vaxt ayrılması, bunun 20 saatının mühazirə, 12 saatını isə məşğələlər üçün nəzərdə tutub. Hazırkı təlim poqramının hazırlanması ölkədə ixtisaslaşdırılmışdır\".

Tədbirdə çıxış edən YUNESKO-nun "İnsan və Biosfer" Azərbaycan Komitəsinin sədri, akademik Urxan Ələkbərov, \"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu mövcud vəziyyətdə jurnalistlər üçün belə bir tədris poqramının hazırlamasını və gələn ildən ali məktəblərdə tədris olunmasını yüksək qiymətləndiriblər.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə