XİN: \"Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkilərini tanımır\"
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı BƏYANAT verib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB