Rusiyanın müdafiə naziri: “Rusiya Qəbələ RLS-i yenidən qurmaq istəyir”
Rusiya Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasını (RLS) tam yenidən qurmağı planlaşdırır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu RF-nin müdafiə naziri Anatoli Serdyukov deyib. Onun sözlərinə görə, Azərbaycanın bütövlükdə bu məsələ ilə bağlı etirazı yoxdur, tərəflər yalnız maliyyə məsələsini tənzimləməlidirlər: "Onlar stansiyanın icarə dəyərini kəskin artırmaq istəyirlər. Biz isə əvvəlki dəyəri saxlamaqla, orada icarəyə götürdüyümüz ərazinin sahəsini böyük ölçüdə azaltmaq istərdik. Stansiyanın yeni simasında artıq bizə kommunikasiyaların belə həcmi lazımlı deyil. Bizdə suyun, elektrik enerjisinin istehlakı artıq bu qədər çox olmayacaq".
Rusiya müdafiə nazirinin sözlərinə görə, Qəbələ RLS-lə bağlı məsələlərdə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün işçi komissiya yaradılıb və onlar yaxın müddətdə Azərbaycana səfər edəcəklər: "Biz öz həmkarlarımızla razılaşdıq ki, yaxın vaxtlarda komissiyanın Rusiya tərəfdən üzvləri Bakıya getsinlər və orada müzakirələri davam etdirsinlər. Məndə razılığa gəlməyəcəyimizlə bağlı narahatlıq yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB