Azərbaycan və Rusiya sərhəd əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Azərbaycan və Rusiya sərhəd əməkdaşlığının perspektivlərini müzakirə ediblər

Rusiya Federasiyası Federal sərhəd xidmətinin Cənub dairəsinin regional sərhəd idarəsinin rəisi Nikolay Lisinskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal sərhəd xidmətinin Cənub dairəsinin regional sərhəd idarəsinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib.

Görüş zamanı tərəflər dövlət sərhədində, sərhəd nəzarət məntəqələrində, Xəzər dənizində vəziyyət və onun 2012-ci ildə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparıblar. Tərəflər sərhəd xidmətləri arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər barədə danışıq aparıb, ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirərək sərhəd əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Daha sonra nümayəndə heyəti DSX-nın Akademiyasında, "Sərhədçi" İdman Olimpiya Mərkəzində və Sahil Mühafizəsinin bazasında təlim tədris prosesinin gedişi və xidmətin təşkili ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə