Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın Dövlət Miqrasiya Xidmətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Arzu Rəhimov qonaqlara Azərbaycanda miqrasiya prosesləri və bu proseslərə dövlət nəzarətini həyata keçirən qurumun - Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi barədə məlumat verib, xidmətin yaradılmasında zərurət təşkil edən amillərdən danışıb.Taleb Rifai səmimi qəbula görə xidmət rəisinə minnətdarlığını bildirib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü xoş hisslərlə xatırladan baş katib Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Taleb Rifai miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu vurğulayıb, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun olmasından məmnunluq duyduğunu qeyd edib. Görüşdən sonra qonaqlar Xidmətin Heydər Əliyev muzeyi və kitabxana ilə tanış olub. Baş katib Taleb Rifai "Xatirə Kitabı"na ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB