Ərəstun Baxşəliyev: \"Qars müqaviləsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi\"
Qars müqaviləsi öz əhəmiyyəti və tarixin ən önəmli məqamında meydana gəlməsi ilə tarixi hadisələr arasında aktuallığını qoruyur. Tarixçi politoloq Ərəstun Baxşəliyevin SəsTV-yə müsahibəsində də bu hadisələr barəsində ətraflı söhbət açılır.
- Ərəstun müəllim, \"Qars müqaviləsi\" neçənci ildə və hansı dövlətlər arasında imzalanıb?
- Qars müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin işğalı dövrünə düşür. Azərbaycan Xalq Cümhuriyyəti 28 apreldə bolşeviklər tərəfindən işğal olunmuşdur. Bir tərəfdə Gürcüstan, Ermənistan və Azərbaycan Respublikası hökumətləri o biri tərəfdə isə Türkiyə Böyük Millət Məclisi hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan, daimi, səmimi, qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Federativ Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz müvəkkillərini təyin etmişlər.
1921-ci ildə Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.
Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsindən 90 il keçir. Vaxtilə bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında digər məsələlər, xüsusən də ərazi-sərhəd problemi həll olundu. Bu müqavilənin əsas müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsidir. Qars müqaviləsində öz ədalətli həllini tapan bir sıra məsələlər əvvəlki müqavilələrdə - Gümrü (Aleksandropol) və Moskva müqavilələrində də ya müzakirə olunmuş, ya da imzalanmışdı. "Böyük Ermənistan" yaratmaq üçün bir sıra torpaqlara iddialı olan ermənilər, bu torpaqları əldə etmək üçün siyasi və hərbi vasitələrdən istifadə edirdi. Bu yolda onlara iri kapitalist dövlətləri kömək edirdi. Konkret olaraq Azərbaycanın bir sıra ərazilərini, xüsusilə Naxçıvan ərazisini ABŞ, İngiltərə və Rusiya çox ciddi-cəhdlə Ermənistana vermək istəyirdi. Ermənilər "böyük Ermənistan" uğrunda Türkiyə və Azərbaycanla müharibə aparırdı. Türk ordusu 24 sentyabr 1920-ci ildə ermənilərin hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı oldu və həmin il noyabr ayının 18-də daşnakları məğlub etdi. Dekabrın 2-də Ermənistanla Türkiyə arasında Gümrü müqaviləsi bağlandı. Daşnaklar xəyallarında qurduqları "böyük Ermənistan"ın ərazisinin İrəvan və Göyçə gölü ilə məhdudlaşdığını etiraf etdilər. Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər Naxçıvan bölgəsi ilə bağlı bir sıra razılığa gəliblər.
- \"Qars müqaviləsi\"ni imzalamaqda məqsəd nə idi?
- Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib. Millətlərin qardaşlığı prinsipinə və xalqların öz müqqəddəratını sərbəst təyinetmə hüququna şərik çıxan, aralarında hər zaman qarşılıqlı mənafeyə əsaslanan daimi mehriban münasibət və səmimi dostluq yaratmaq arzusundan ruhlanan Ermənistan Respublikası, Azərbaycan Respublikası və Gürcüstan Respublikası hökumətləri bir tərəfdən, Türkiyə Böyük Millət Məclisi Hökuməti isə digər tərəfdən, Rusiya Sosialist Federativ Respublikası Hökumətinin iştirakı ilə Dostluq Müqaviləsi imzalamaq məqsədi ilə danışıqlara başlamağı qərara aldılar. Qars müqaviləsi imzalandıqdan sonra, Naxçıvan bölgəsi Sovet Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd göstərdi. Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi qanunsuz olaraq Ermənistana verildi. Ermənistan Respublikası 1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanıyıb, Qars müqaviləsi ilə ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atıb, lakin bu gün də belə Naxçıvan iddialarından əl çəkməyib. Bu müqavilənin şərtlərini də erməni daşnakları dəfələrlə pozublar. Ermənistan Respublikasının Naxçıvana qarşı hər hansı ərazi iddiaları heç bir hüquqi əsasa malik deyil və beynəlxalq hüquq normalarına ziddir. Nə Moskva, nə də Qars müqavilələri bugünədək etibarsız elan edilməyib. Bu müqavilələr indiyədək öz hüquqi qüvvəsini saxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB