Mübariz Qurbanlı: \"Azərbaycan hər zaman Şimali Kipir Türk Cümhuriyətinə mənəvi dəstək göstərir\"

Bu gün Şimali Kipir Türk Cümhuriyyətinin yaradılmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyəti ilə bir sira iqtisadi, elmi əməkdaşlıq edir. Azərbaycan hər zaman Şimali Kipir Türk Cümhuriyətinə mənəvi dəstək göstərir: "Şimali Kipir Türk Cümhuriyyətinin yaradılmasının 28-ci ildönümü qeyd edildi. Baxmayaraq ki, bu Cümhuriyyət yalnız Türkiyə dövləti tərəfindən tanınır. Amma hazırda bu Cümhuriyyətin fəaliyyəti onu göstərir ki, bəzi Avropa ölkələrinin, Qərb dövlətlərinin bu Cümhuriyəti blokadaya almasına, onun tanınmasına əngəl yaratmasına baxmayaraq bu Şimali Kipr ayaqda durmaqda və fəaliyyət göstərməkdədir. Qeyd edim ki, bu Cümhuriyətin fəaliyəti bütünlükdə bütün Türk dünyası üçün önəmlidir. Cünki bu ada cox strateji əhəmiyyərə malikdir. Bu dövlət İslam Əməkdaşlıq Təşkilatında müşahidəci qismində çıxış edir. Azərbaycanla da bir sira iqtisadi, elmi əməkdaşlıq edir. Turizim sahəsində yeni qurulan əlaqələr sürətlə inkişaf etməkdədir. Azərbaycan Şimali Kipir Türk Cümhuriyətinə hər zaman psixoloji və mənəvi dəstəyini göstərməkdədir. Hazırda Azərbaycanla rəsmi diplomatik əlaqələrinin olmamasının birinci səbəbi Azərbaycanın geostateji vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü və Qarabağ problemini göz önünə almasıdır. Amma ümidvaram ki, dünyada gedən proseslər, Kipiriin yunan və turk kəsimləri arasında beynəlxalq səviyyədə aparılan danışıqlar bu adanın vahid bir dövlətdə birləşməsinə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə