FHN aramsız yağışların törətdiyi fəsadlarla bağlı məlumat açıqlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) aramsız yağışların törətdiyi fəsadlarla bağlı məlumat açıqlayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, respublika ərazisində son günlər hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb. Nəticədə, Zərdab və Kürdəmir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub, bəzi tikililərə ziyan dəyib.
Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün ərazilərə cəlb olunmuş FHN xilasediciləri xüsusi texnikalar vasitəsi ilə həmin ərazilərin yağış sularından təmizlənməsini həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB