Xəzər dənizinin statusu ilə bağlı növbəti konfrans

Xəzər dənizinin statusu ilə bağlı növbəti konfrans

Xəzər dənizinin statusu ilə bağlı növbəti konfrans İranın Mazandaran əyalətində keçiriləcək. SİA-nın "MEHR"-ə istinadən verdiyi xəbərə görə, bunu İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının tərkibində xüsusi yaradılmış Xəzər dənizi komitəsinini rəhbəri Mehdi Sənayi deyib. Onun sözlərinə görə, konfransın cari ilin dekabrın əvvəlində keçirilməsi nəzərdə tutulub: "Konfransda Xəzərin statusu ilə bağlı ümumi müzakirələr aparılacaq və əlaqədar təşkilatlar, o cümlədən Xarici İşlər, Ekologiya, Neft və Nəqliyyat Nazirlikləri çıxışlar edərək bu məsələ ilə bağlı mövqelərini bildirəcəklər".

O, qeyd edib ki, təmsil etdiyi komissiya Xəzər dənizinin statusu ilə bağlı məsələləri ciddi şəkildə izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə