Havay adalarının paytaxtı Honoluluda keçirilən APEK sammitində ev sahibliyi edən ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedev arasında ikitərəfli görüş baş tutub. Tərəflər Avropada raket-əleyhinə müdafiə sistemi məsələsində razılığa gələ bilməyiblər. "ABŞ və Rusiyanın Avropada raket-əleyihən müdafiə sistemləri məsələsinə dair mövqeləri hələ ki, bir-birindən çox uzaqdır", - deyə görüşdən sonra Rusiya prezidenti Dmitri Medvedev bildirib. Rusiya ABŞ-dan Avropada Amerika bazası əsasında qurulan raket-əleyhinə müdafiə sisteminin Rusiyaya qarşı yönəlməyəcəyinə dair hüquqi təminat tələb edir. Bunun əvəzində isə ABŞ və NATO bunun əksinə əmin olmaq üçün Rusiyanı monitorinq aparmağa dəvət edir.
Barak Obama və Dmitri Medvedev İran məsələsi üzrə ümumi mövqe işləyib hazırlayırlar. Bunu isə Rusiya prezidenti ilə danışıqlardan sonra ABŞ prezidenti Barak Obama deyib. Obamanın sözlərinə görə, bu ortaq mövqe ona əsaslanır ki, İran nüvə proqramını inkişaf etdirərkən, öz beynəlxalq öhdəliklərini də yerinə yetirməlidir.
Rusiya və ABŞ-ın dövlət başçıları həmçinin Əfqanıstan və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB